FlyBeds Powered by Fly Tour Azerbaijan
AZ
Daxil ol Agentlik qeydiyyatı
B2B OTEL PLATFORMASI

Agentliyiniz üçün dünyanın otelləri, bir paneldə.

Net qiymətlər, dərhal təsdiq və manatla ödəniş — depozitsiz. Azərbaycanın turizm agentlikləri üçün yaradılıb.

  • 300 000+ otel bir axtarışda
  • Depozit və minimum satış tələbi yoxdur
  • Pulsuz ləğv tarifləri aydın göstərilir
  • Vauçer agentliyinizin adı ilə
300 000+otel
0 ₼depozit
AZNilə qiymət və ödəniş
09:00–23:59hər gün dəstək
Populyar istiqamətlər

Agentlərimizin ən çox satdığı şəhərlər

DubayBƏƏ
İstanbulTürkiyə
AntalyaTürkiyə
Maldiv adalarıMaldiv
TbilisiGürcüstan
Niyə FlyBeds

Xarici təchizatçının qiyməti, yerli tərəfdaşın rahatlığı

Depozitsiz başlayın

Xarici təchizatçılar depozit, minimum satış həcmi və valyuta ilə ödəniş tələb edir. FlyBeds-də balansı istədiyiniz məbləğdə artırırsınız, istifadə olunmamış qalıq müqaviləyə əsasən geri qaytarılır.

Manatla, yerli köçürmə ilə

Qiymətlər AZN-dədir. Xaricə köçürmə, valyuta çevirmə və gecikən SWIFT ödənişləri yoxdur — Azərbaycan bankından adi köçürmə kifayətdir.

Net qiymət, qazanc sizdə

Beynəlxalq təchizatçıların net qiymətləri bir ekranda. Ən sərfəlisini seçin, öz qazancınızı özünüz qoyun.

Dərhal təsdiq, sizin vauçeriniz

Bron saniyələr içində təsdiqlənir. Vauçer agentliyinizin adı və loqosu ilə PDF kimi hazır olur — müştəriniz sizinlə qalır.

Mühasibat üçün rəsmi sənədlər

Azərbaycan şirkəti ilə rəsmi müqavilə, aylıq hesab çıxarışı (akt) və Excel hesabatı. Hər ödəniş və bron sənədlə təsdiqlənir.

Operativ yerli dəstək

Bronla bağlı problem olanda otel və təchizatçı ilə danışığı biz aparırıq. Hər gün 09:00–23:59 telefon və WhatsApp ilə, Azərbaycan dilində.

Hər şey bir paneldə

Siz müştərinizlə məşğul olun, qalanını biz edək

Pulsuz və sürətli qeydiyyat

Qeydiyyat və istifadə pulsuzdur, abunə haqqı yoxdur. Sənədləri yoxlayıb 1 iş günü ərzində hesabınızı aktiv edirik.

Onlayn hesabat və sənədlər

Bronlar, vauçerlər, balans hərəkətləri və aylıq akt bir yerdə. Hesabatı bir kliklə Excel-ə yükləyin.

Komandanız üçün ayrı girişlər

İşçilərinizə ayrı istifadəçi açın və maliyyə bölməsinə kimin baxa biləcəyini özünüz təyin edin.

Vaxtında bildirişlər

Ödəniş təsdiqlənəndə və balans azalanda e-poçtla xəbər tutursunuz — bron heç vaxt yarımçıq qalmır.

Biz kimik

FlyBeds — Fly Tour Azerbaijan-ın platformasıdır

5+ ilturizm sahəsində iş təcrübəsi: aviabilet, tur, viza və MICE
Beynəlxalqturizm sərgilərində iştirak: IBTM, MICE Trade Show Venice, Helexpo Thessaloniki, ACE of MICE, IBEM İndoneziya və s.
BakıNərimanov r., Əhməd Rəcəbli 2/27 — ofisimizə gəlin, tanış olaq
Necə işləyir

4 addımda işə başlayın

01

Qeydiyyat

Agentlik məlumatlarınızı və VÖEN şəhadətnaməsini göndərin.

02

Təsdiq

Sənədləri yoxlayırıq və 1 iş günü ərzində hesabınızı aktiv edirik.

03

Balans

İstədiyiniz məbləğdə balans artırın — depozit tələbi yoxdur.

04

Bron

Axtarın, müqayisə edin, bron edin, vauçeri müştəriyə göndərin.

Agentliyinizi bu gün qoşun

Qeydiyyat pulsuzdur. Suallarınız üçün: ·

Agentlik qeydiyyatı